Lənkəranda üç nəfər Böyük Vətən Müharibəsi veteranına “Lifan-NAZ” markalı minik avtomobili verilmişdir
Martın 19-da Lənkəran şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonun üç nəfər Böyük Vətən Müharibəsi veteranına: Girdəni kənd sakinləri Ramazan Şabanov və Tarverdi Məmmədova, Xolmili kənd sakini Sərraf Heseynova “Lifan-NAZ” markalı minik avtomobili verilmişdir.
Bu münasibətlə rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin həyətində keçirilən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Əlimərdan Əliyeviv, mərkəzin direktoru Rəfael Tahirov müharibə veteranlarını əlamətdar hadisə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, ölkəmizdə müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərin, həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
R. Tahirov minik avtomobillərinin açarlarını müharibə veteranlarına təqdim etmişdir.
Böyük Vətən Müharibəsinin veteranları Novruz bayramı ərəfəsində onlara hədiyyə edilən bu gözəl töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.