LƏNKƏRANDA NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR SOVQAT PAYLANILDI
20 mart 2013 | 16:00
Lənkəran Şəhər İcra Hakimiyyəti hər il olduğu kimi, Novruz bayramı münasibətilə rayonda yaşayan aztəminatlı ailələri, rayonumuzda məskunlaşmış məcburi köçkünləri, şəhid ailələrinin üzvlərini, müharibə veteranlarını və kimsəsizləri sevindirmişdir.
Martın 19-da bu kateqoriyadan olan şəxslərə ən zəruri ərzaq məhsulları – un, yağ, şəkər, çay, toyuq, düyü paylanıldı.
Bayram sovqatı alanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər.