LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ
Lənkəran ŞİH-də növbəti aparat müşavirəsi martın 19-da keçirildi.
Müşavirəni giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə müşavirə iştirakçılarını ilaxır çərşənbə və qarşıda gələn Novruz bayramı münasibətilə təbrik etdi, hamıya ən xoş və səmimi arzularını çatdırdı, 2013-cü ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzuladı.
İcra başçısı daha sonra ötən həftə ərzində görülən işlərə münasibətini bildirdi, cari həftədə yarımçıq qalmış işlərin davam etdirilməsini tapşırdı, xüsusilə Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma, abadlıq və səliqə-səhman işlərinin sürətləndirilməsini tövsiyə etdi, şəhərin bütün ərazilərində, park və xiyabanlarında, prospekt və küçələrində səliqə-səhman və təmizlik işlərinin lazımi səviyyədə görülməsinin vacibliyini vurğuladı.