LƏNKƏRANDA NOVRUZ ŞƏNLİYİ
Martın 18-də Lənkəranın dəmiryol vağzalının qarşısındakı meydanda Novruz bayramına həsr olunmuş şənlik keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar şənlikdə iştirak edirdilər.
Dədə Qorqud qədim saz havasının müşayiəti ilə Novruz şənliyinə toplaşanlara xeyir-dua verdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların Novruz bayramını təbrik etdi, hamıya ən xoş arzularını çatdırdı.
İcra başçısı bildirdi ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır. Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvincləriylə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir.
Taleh Qaraşov təbrik nitqində həmçinin cənab Prezidentin şəhərimizə ötən ilki səfərinin lənkəranlıların xatirəsində unudulmaz hadisəyə çevrildiyini xüsusi vurğuladı, rayonda abadlıq, quruculuq işlərinin daha geniş vüsət almasından, yeni infrastruktur layihələrin icrasına başlanmasından ətraflı bəhs etdi, 2013-cü ilin də xalqımız üçün parlaq nailiyyətlərlə zəngin olacağını əminliklə söylədi.
İcra başçısı çıxışının sonunda 2013-cü ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq, nur nəsib etsin.
Sonra bayram tonqalı yandırıldı.
Qara zurnanın müşayiəti ilə Bahar qızı, Kosa və Keçəl faytonda meydana daxil oldular.
Şənlik iştirakçıları Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə tanış oldular.
Rayonumuzun incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini nümayiş etdirdilər.
Qara zurnada “Cəngi” səsləndirildi, idmançılar ağırlıqqaldırma bölməsində, kəndir dartma oyunlarında güclərini sınadılar. Pəhləvan Əlinin nümayiş etdirdiyi maraqlı nömrələr tamaşaçıların rəğbətinə səbəb oldu.
Tonqalın ətrafında şənlik iştirakçıları kütləvi rəqs etdilər, “Nənələr” folklor ansamblının, populyar müğənnilərimizin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunmuş mahnılar səsləndi.
Kosa və Keçəl öz dəstəsi ilə tamaşaçılarla rəqs etdilər. Musiqinin xoş təranələri altında idmançılar meydan qəhrəmanları ilə birlikdə tonqal üstündən atıldılar.
Novruz şənliyi kütləvi rəqslə sona çatdı və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş etdi.