Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

MİLLİ QƏHRƏMAN ƏSGƏR ƏLİYEVİN XATİRƏSİ ANILDI

17 mart 2013 | 16:00

“Vətən, ana torpaq ugrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur. Onların xatirəsi hər zaman qədirbilən xalqımız tərəfindən xatırlanaraq qəlblərdə əbədi yaşayır”. Bu fikirlər 16 mart 2013-cü il tarixində Milli Qəhrəman Əsgər  Ələkbər oğlu Əliyevin anım günü ilə əlaqədar tədbirdə səsləndirildi. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbir qəhrəmanın adını daşıyan parkda keçirilib.
Anım tədbiri qəhrəmanın  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlandı. Anım mərasimində Milli Qəhrəmanın ailəsi, rayon ictimaiyyəti və cəbhə yoldaşları iştirak edirdi.
Mərasimi giriş sözü ilə Ləj kənd  tam orta məktəbinin direktoru İlkin Yaqubov açaraq Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söz açdı.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı, mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş Əsgər Əliyevin qəhrəmanlığının hər kəsə örnək olduğunu bildirdi.
Tədbirdə Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev çıxış edərək oğlunun xatirəsinə bəslənən hörmətə, valideynlərinə olan diqqət və qayğıya görə dövlət başçısına və İcra başçısı Taleh Qaraşova dərin təşəkkürünü bildirdi.
Anım tədbirində digər çıxış edənlər bildirdilər ki, vətən, ana torpaq ugrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur.
Əsgər Əliyev 1974-cü ildə Lənkəranin Ləj kəndində anadan olub. Milli Qəhrəman 1982-1990-ci illərdə Ləj kənd orta məktəbində təhsil alib. Daha sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank artilleriya fakültəsində davam etdirib. 17 mart 1995-ci ildə hakimiyyəti zorla devirmək cəhdi olarkən Əsgər Əliyev Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel  1995-ci il tarixli 307 saylı Fərmanı ilə  Əliyev  Əsgər  Ələkbər oğluna ölümündən  sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Keçidlər