Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “İnsan alveri və zorakılığa yox deyək!” mövzusunda mədəni-kütləvi aksiya keçirildi.

14 mart 2013 | 16:00

Bu gün Gənclər və İdman Nazirliyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “İnsan alveri və zorakılığa yox deyək!” mövzusunda mədəni-kütləvi aksiya keçirildi. Tədbirdə Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin tələbələrindən ibarət 250-ə yaxın gənc iştirak edirdi.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov açaraq qonaqları və gəncləri salamladı. O bildirdi ki, çağdaş dünyamızın ən ciddi və ağrılı problemlərindən biri də insan alveri və zorakılıqdır. Bugünkü  tədbirin əsas məqsədi bura toplaşan gəncləri bəşəriyyət üçün faciəyə çevirən insan alveri və zorakılığa yox deməyə səsləməkdir. Xilas yolu hər bir kəsin sağlam həyat tərzində, sağlam əxlaqında, sağlam ruhundadır.
Sonra Gənclər və İdman Nazirliyinin və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları mövzu ətrafında  çıxış etdilər. Tədbirdə bildirildi ki, ömrünün ən qaynar, ən coşqun dövrünü yaşayan müasir gəncliyə - sabahın qurucularına pis insanların toruna düşmək yox, mübariz, təhsilli, vətənpərvər olmaq yaraşır. Müasir gəncliyin müqəddəs amalı – vətən sevgisini yaşatmaq, vətən naminə, onun gələcəyi naminə ruhən və fiziki cəhətdən sağlam həyat, sağlam düşüncə tərzi seçməkdir.
Rəsmi hissənin ardınca konsert proqramına başlandı. Bakı şəhərindən dəvət olunmuş gənc müğənnilər tədbirə öz musiqi töhvələrini verdilər. Tədbir konsert proqramı ilə sona çatdı.

Keçidlər