Heydər Əliyev mərkəzində “Heydər Əliyev və Azərbaycanda gender siyasətinin inkişaf aspektləri” mövzusunda dəyirmi masa keçirilirmişdir.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbirlər planı hazırlanmışdır.Tədbirlər planında rayondakı dövlət qurumları və qeyri dövlət təşkilatları ilə birgə Ümummilli Liderin irsinin təbliği və tədqiqi ilə bağlı konfransların, dəyirmi masaların,seminar-mühazirələrin,sərgilərin və mərkəzdən kənar səyyari tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 13 mart 2013-cü il tarixində Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə “Uşaq və ailələrə dəstək mərkəzi” ilə birgə “Heydər Əliyev və Azərbaycanda gender siyasətinin inkişaf aspektləri” mövzusunda dəyirmi masa keçirilirmişdir. Dəyirmi masanı birliyin sədri İrada Axundova açaraq Öndərin ictimai-siyasi fəaliyyəti,onun Azərbaycan dövləti və xalqı qarşısındaki tarixi xidmətlərindən danışmışdır.Sonra Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva ,rayon qadınlar şurasının sədri Elduzə Əhmədova, əlil qadınlar cəmiyyətinin sədri Gülarə Vəliyeva,uşaq xəstəxanasının pediatrı Savad Abdullayeva, Gənclər və İdman İdarəsinin əməkdaşı Gülnar Dadaşova, Psixoloq Günay Nəcəfova və Könül Manafova respublika Bəstəkarlar İttifaqının rayon şöbəsinin sədri Zəminə Əliyeva, şəhər 7 saylı məktəbin direktoru Ülviyyə Əliyeva,şəhər təhsil şöbəsinin əməkdaşı Cəmalə Sadıqova və başqaları Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda qadın hərəkatının inkişaf mərhələləri , o cümlədən qadınların cəmiyyətdə rolunun artırılması sahəsində dövlət səviyyəsində görülmüş işlərdən,Ulu Öndərin ”Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılması barədə” sərəncamı , “Azərbaycanda Dövlət Qadın siyasətinin həyata keçrilməsi haqqında” fərmanı , dövlət siyasətinin daha mütəşəkkil həyata keçrilməsindən ötrü Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması və sair məsələlərdən söhbət açdılar .
Dəyirmi masada vurğulandı ki, republikada müxtəlif səviyyələrdə qəbul olunan qanunvericilik aktları qərar və qətnamələr Azərbaycanda “Gender bərabərliyinin təminatları haqqında” qanunun tələblərinə uyğun aparılır . İştirakçılar bu gün Azərbaycanda gender siyasətinin genişlənməsini və tariximizin daha da zənginləşməsini vurğulamış,Ulu Öndərin ruhu qarşısında baş əydiklərini, xatirəsini daim əziz tutduqlarını bildirmişlər.