Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

13 mart 2013 | 16:00

Lənkəran ŞİH-də növbəti aparat müşavirəsi mart ayının 12-də keçirildi. Müşavirədə ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, şəhər İcra hakimiyyətinin, inzibati ərazi dairələrinin  nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən bir sıra idarə, təşkilat və müəssisələrin rəhbərləri  iştirak edirdi.
Müşavirəni giriş sözü ilə ŞİH-nin başçısı Taleh Qaraşov açdı.
İcra başçısı çıxış edərək ötən həftə ərzində görülən işlərə münasibət bildirdi. Cari həftədə yarımçıq qalmış işlərin davam etdirilməsini, xüsusilə Heydər Əliyev Xatirə parkında yenidənqurma işlərinin sürətləndirilməsini tapşırdı, burada işlərin ləng getdiyini vurğuladı, bu işə təhkim olunmuş müvafiq strukturların rəhbərlərinə ciddi iradlarını bildirdi və işə məsuliyyətlə yanaşılmasını tələb etdi.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov Heydər Əliyev Xatirə parkında və Göyşaban ərazisində salınan mənzərəli guşəyə təhkim olunan məsul şəxslərin iş bölgüsünü onların diqqətinə çatdırdı.
Müşavirəni yekunlaşdıran İcra başçısı Taleh Qaraşov yel çərşənbəsi münasibətilə hamını təbrik etdi, qarşıdan gələn Novruz bayramını mütəşəkkil keçirmək üçün tapşırıq və tövsiyələrini verdi.

Keçidlər