Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BEYNƏLXALQ MUĞAM FESTİVALININ NÖVBƏTİ KONSERTİ KEÇİRİLDİ

13 mart 2013 | 16:00

“Muğam aləmi” adlı III Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti konsert martın 12-də Lənkəranda Heydər Əliyev Mərkəzində keçirilib. Konsertdə Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagird kollektivləri iştirak ediblər.
Konsert proqramı çərçivəsində milli muğam incilərimiz sırasından bir sıra möhtəşəm əsərlər – “Şahnaz” dəstgahı, “Orta mahur”, “Mənim Azərbaycanım”, “Heyratı” zərb muğamı, “Çahargah”, “Simayi-Şəms” zərb muğamı və digərləri İmanverdi Ağayev, Müslüm Ağayev, Mirisa Qəhrəmanov, Yeganə Şabanova, Məleykə Mirzəyevə və Güldəstə Niftullazadə kimi muğam ustalarının ifasında səsləndirilib.
İfaçıları muğam musiqi alətlərində rayonun musiqi məktəblərinin usta müəllimlərindən İbrahim Nəsirli (tarda), Təranə Şərifova (kamançada), Elman Liftiyev, Sevdim Məmmədzadə (balabanda), Zakir Liftiyev (nağarada) müşayət ediblər.

Keçidlər