Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR

02 mart 2013 | 16:00

Martın 1-də Ümumdünya Mülki Müdafiə günü münasibətilə FHN-nin mülki müdafiə qoşunlarının Lənkəran Regional mülki müdafiə şöbəsi Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsi ilə  ictimaiyyətin nümayəndələri üçün “Qəzalar və təbii fəlakətlər zamanı necə davranmalı” mövzusunda praktik-maarifləndirici tədbir keçirib. Tədbirdə iştirakçılara müxtəlif növ xilasetmə avadanlıqları, fərdi mühafizə vasitələri nümayiş olunub. Mülki müdafiə qoşunlarının zabitləri xilasetmə avadanlıqlarından istifadə qaydaları haqqında ətraflı məlumat veriblər.
Sonra qəzalar, zəlzələlər, sellər, yanğınlar, uçqunlar və  digər təbii fəlakətlər zamanı xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi və yaralının fəlakət ərazisindən təxliyyəsi praktiki olaraq nümayiş etdirilib.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsinin sədri Füzuli Həsənov çıxış etdi,  respublikamızda mülki  müdafiə qoşunlarının hazırki vəziyyəti, baş verən qəzalar və təbii hadisələr zamanı nümayiş etdirdikləri cəsarət və mətinlikdən danışaraq qeyd etdi ki, oxşar hadisələr zamanı Qızıl Aypara cəmiyyəti də daim fəallıq göstərərək zərər çəkən insanları müxtəlif tibbi vasitələr və ərzaq məhsulları ilə təmin edir.

Keçidlər