Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda növbəti səyyar qəbul -görüş Türkəkəran kəndində oldu

01 mart 2013 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü fevralın 28-də Türkəkəran kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Şürük inzibati ərazi dairəsinin nümayəndəsi Rasim Ağayev Türkəkəran kəndinin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər  barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlər haqqında danışdı, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırdı.
Şürük bələdiyyəsinin sədri Valeh Hüseynli Türkəkəran kəndində görülən abadlıq və səliqə-səhman işləri barədə danışdı.
Kənd sakinlərindən Fərhad Hüseynov ,Saleh Cəfərov, Zahid Məmmədov ,Namiq Bağırov çıxışlarında  Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərini bəyəndiklərini ,Türkəkəran kəndində qaz xəttinin çəkilişinin ,kəndin ərazisindən keçən magistral yolun əsaslı şəkildə təmir olunaraq asfaltlaşmasının cənab przidentin xalqa  xidmətinin nümunəsi olduğunu qeyd etmiş və qarşıdan gələn prezident seçkilərində yalnız cənab Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər.Onlar çıxışlarında  kəndara yolunun asfaltlanması , kənd mədəniyyət evinin , tibb məntəqəsinin təmiri , nasaz elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi ilə bağlı təkliflər söylədilər.
Sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycan sürətlə inkişaf edir, son 9 ildə ölkə ərazisində  3 minədək yeni məktəb, minlərlə səhiyyə, mədəniyyət və sosial obyektlər, 50-yə yaxın olimpiya idman kompleksi tikilib əhalinin istifadəsinə verilmişdir. Azərbaycanın iqtisadiyyatı gündən-günə  dirçəlir. Ölkədə möhkəm ictimai –siyasi sabitlik mövcuddur.Heç bir qüvvə bu sabitliyi poza bilməz. Bu gün Azərbaycan tolerant ölkədir. Müxtəlif millətlərin nümayəndələri bir ailənin üzvü kimi mehriban yaşayırlar. Onları vahid bir ideologiya – Azərbaycançılıq ideologiyası birləşdirir. Azərbaycan dövlətçiliyinin, milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsi hər bir vətəndaşın borcudur.Yaradılan  mükəmməl qanunlar, həyata keçirilən dövlət siyasəti Azərbaycan vətəndaşlarının yaxşı yaşamasına xidmət edir.
İcra başçısı sonra Lənkəranda son on ayda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərindən danışdı, cari ildə də yol, su-kanalizasiya infrastrukturunun, şəhərimizdə, qəsəbə və kəndlərimizdə təbii qaz çəkilişinin sürətləndiriləcəyini vurğuladı, yeni iş yerlərinin açılması istiqamətində mühüm tədbirlərin görüləcəyini bildirdi.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı əhali tərəfindən qaldırılan təkliflərin mərhələlərlə yerinə yetiriləcəyini bildirdi,  bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində  hər bir lənkəranlı kimi Türkəkəran kənd sakinlərinin də yekdilliklə möhtərəm İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə əminliyini ifadə etdi.

Keçidlər