Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “FOLKLOR VƏ MUSİQİ” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ

01 mart 2013 | 16:00

Fevralın 28-də Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Humanitar Kollecinin təşkilatçılığı ilə “Folklor və musiqi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda kollecin müəllim və tələbə heyəti, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak edirdilər.
Konfransı giriş sözü ilə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev açaraq konfransın əhəmiyyəti haqqında məlumat verdi.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli konfrans iştirakçılarına Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun salamlarını çatdırdı və konfransın işinə uğurlar arzuladı.
Astara Dövlət Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev konfransın aktuallığını diqqətə çatdırdı, Lənkəran və Astara kolleclərinin qarşılıqlı əməkdaşlığından söz açdı.
Kollecin musiqi müəllimi,  bəstəkar Zəminə Əliyeva “Folklor nümunələrinin tərbiyəvi əhəmiyyəti” mövzusunda məruzə etdi.
Məruzə ətrafında Lənkəran Dövlət Universitetinin müəllimi, fəlsəfə elmləri namizədi, dosent Yədulla Ağazadə “Folklorumuz milli-mənəvi varlığımızdır”, Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsinin müdiri Fikrət Kərimli “Musiqi folklorumuzun bədii dəyəri” və kollecin musiqi müəllimi Yaqut Əliyeva “Etnoşünaslıq və folklor” mövzularında çıxış etdilər.
Konfransın bədii hissəsində kollecin müəllim və tələbələrinin iştirakı ilə musiqi nömrələri nümayiş etdirildi.

Keçidlər