Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi
Fevralın 27-də Lənkəran ŞİH başçısı yanında növbəti Şura iclası keçirildi.
İclasda iki məsələ müzakirə edildi.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Lənkəran rayonunun qazlaşdırılması və rayonunun su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılması vəziyyəti haqqında Lənkəran Qaz-istismar sahəsi və Su-kanal idarəsi rəhbərlərinin hesabatı” mövzusu ilə əlaqədar Su-kanal idarəsinin müdiri Rövşən Təhməzovun və Qaz-istismar sahəsinin müdiri Ceyhun Axundovun məruzələri dinlənildi.
Məruzə ətrafında müzakirələrdə Lənkəran ŞİH başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev və Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov çıxış etdilər.
“Cari təsərrüfat ilində kənd təsərrüfatı işlərinin gedişi və “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi barədə” Lənkəran ŞİH başçısının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Tofiq Rzayevin məruzəsi dinlənildi.
Məruzə ətrafında müzakirələrdə Bölgə təcrübə stansiyasının direktoru Həzər Hüseynov və rayon Baytarlıq idarəsinin rəisi Rövşən Əliyev çıxış etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan hər iki məsələyə münasibətini bildirdi, bu məsələlərin aktuallığını diqqətə çatdırdı.
İcra başçısı rayonun qazlaşdırılması və su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılmasını sürətləndirmək məqsədilə tövsiyələrini və tapşırıqlarını verdi, görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi istiqamətində müvafiq qurumların, aidiyyatı strukturların rəhbərlərini məsuliyyətli olmağa çağırdı.
İkinci məsələyə münasibətini bildirən Taleh Qaraşov qeyd etdi ki, rayonların kənd təsərrüfatının ixtisaslaşdırılması məsələsi cənab Prezident İlham Əliyev tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə mühüm vəzifə kimi tapşırıldı. Buna görə də hər bir rayonun ənənəvi sahələri var və biz də aqrar sahəni bu istiqamətdə qurmalı və inkişaf etdirməliyik. Lənkəran subtropik zona olduğundan daha yüksək sortlu sitrus meyvələri yetişdirməli, çayçılığın sürətli inkişafına nail olmalıyıq. Bununla əlaqədar təbliğat işlərinə geniş yer verilməlidir. May ayında rayonumuzda “Çay bayramı”nın yüksək səviyyədə keçirilməsinin zəruriliyini vurğulayan İcra başçısı sonda qarşıdan gələn Novruz bayramı ilə əlaqədar strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan hər iki məsələ ilə bağlı qərar qəbul edild