Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Xocalı-Tariximizin qan yaddaşıdır” adlı internet aksiyası və ədəbi-bədii kompozisiya keçirildi.

23 fevral 2013 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası, şəhər Təhsil şöbəsi ilə birlikdə Sütəmurdov  kənd tam orta məktəbində Xocalı faciəsininin anım günü ilə əlaqədar sil-silə tədbirlər həyata keçirmişdir. Məktəbin 9-11-sinif şagirdləri arasında inşa müsabiqəsi keçirildi  və qaliblər müəyyən edildikdən sonra soyqırımı əks etdirən rəsm sərgisinə baxış oldu. Sərgidə məktəbin 50 şagirdinin əl işləri nümayiş etdirildi.Bu rəsmlərdə ermənilərin uşaqlara, qadınlara və silahsız xalqa qarşı divan tutması göstərilirdi. Hər iki müsabiqənin qalibləri müəyyən edildikdən sonra, soyqırım faktını dünya içimaiyyətinə çatdırılması üçün məktəbin 180 şagirdi internet aksiyasına qoşuldu. Hazırlanmış mətinlər diplomatik korpusların Azərbaycan nümayəndəliklərinə və sosial şəbəkələrə göndərilmişdir. Faciəni əks etdirən müxtəlif mətinlər sosial şəbəkələrdə 3000 iştirakçıları arasında paylanılmışdır.
İnşa və rəsm müsabiqəsinin qalibləri təşkilatçılar tərəfindən diplomlarla təltif edildi.  Xocalı faciəsini əks etdirən 20 dəqiqəlik video-çarx və şagirdlər tərəfindən hazırlanmış  40 dəqiqəlik ədəbi-bədii kompozisiya  tədbir iştirakçılarına nümayış etdirildikdən sonra tədbir başa çatdırıldı.

Keçidlər