Lənkəranda “Heydər Əliyev irsi milli inkişaf konsepsiyasıdır” layihəsi çərçivəsində tədbirlər davam etdirilir
Lənkəran şəhər Heydər Əliyev Mərkəzi tərəfindən “Heydər Əliyev irsi milli inkişaf konsepsiyasıdır” layihəsi çərçivəsində rayonun kənd və qəsəbə tam orta məktəblərində maarifləndirici seminarlar keçirilir. O.Mirzəyev adına qarışıq tipli uşaq evindən start götürən seminar-treninqlər Mamusta kənd, Nərimanabad, Liman və Haftoni qəsəbə orta məktəblərində keçirilmişdir, bu gün isə İstisu qəsəbə tam orta məktəbində təşkil olunmuşdur. Seminar treninqdə məktəblilərə Ulu Öndərin ictimai-siyasi fəaliyyəti,onun hakimiyyətdə olduğu illərdə Azərbaycanda sosial-iqtisadi və mədəni sahələrin inkişafı ilə bağlı yaranmış güclü potensialdan ətraflı məlumat verilir.Mərkəz tərəfindən həyata keçirilən layihə 2013-cü tədris ilinin sonunadək məktəblərdə davam etdiriləcəkdir.