Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İLHAM ƏLİYEV OTEL KOMPLEKSİNİN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ İŞTIRAK ETMİŞDİR

31 iyul 2012 | 15:00

Prezident İlham Əliyev ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq otel kompleksinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.

Dövlət başçısı otel kompleksinin baş planını əks etdirən stendlərə baxdı.

 

Məlumat verildi ki, 4,7 hektar ərazidə tikiləcək otelin 114 nömrəlik yeddimərtəbəli binasından əlavə, beşi VİP olmaqla 22 kottec inşa ediləcəkdir. Burada, həmçinin disko-klub, uşaq əyləncə kompleksi, 40 yerlik avtodayanacaq, 80 yerlik kafe, 300 yerlik konfrans zalı, 1400 kvadratmetrlik hovuz, park, idman meydançaları və s. yaradılacaqdır.

Kompleksin təməlini qoyan dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

Keçidlər