Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA YENİ POÇT ŞÖBƏSİ İSTİFADƏYƏ VERİLDİ

21 fevral 2013 | 16:00

Fevralın 20-də Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində “Azərpoçt” Lənkəran Regional Poçt filialının 8 saylı poçt şöbəsi yeni binada fəaliyyətə başladı. Bu münasibətlə açılış mərasimi keçirildi.
Mərasimdə Lənkəran Regional Poçt filialının rəisi Camal Hacıyev çıxış edərək son illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən işlərdən danışdı. C.Hacıyev bildirdi ki, yeni sosial obyektlərin açılışı da bu proqramların bir hissəsidir və insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. O, həmçinin qeyd etdi ki, 2013-cü il ərzində ümumilikdə rayon ərazisində daha 8 belə poçt şöbəsinin açılışı nəzərdə tutulub.
Sonra Lənkəran ŞİH başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov çıxış edərək ölkədə aparılan uğurlu dövlət siyasətindən, bu siyasət nətcəsində sosial-iqtisadi sahədə əldə olunan inkişafdan danışdı. Qeyd etdi ki, respublikanın hər yerində, xüsusilə də regionlarda ayrı-ayrı yeni sosial-inzibati, xidmət obyektlərinin tikintisi söylənənlərə bariz nümunədir. Ərazidə yeni poçt şöbəsinin istifadəyə verilməsi münasibətilə əhalini təbrik edən İcra rəsmisi bu obyektin vətəndaşlara yüksək poçt xidməti göstərəcəyini əminliklə vurğuladı, şöbənin işçilərinə uğurlar arzuladı.
Vətəndaşlar adından çıxış edən Lənkəran şəhər 2-ci mikrorayon sakini Aslan Camalov onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və “Azərpoçt”un rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra tədbir iştirakçıları poçt şöbəsinin fəaliyyəti ilə yaxından tanış oldular.
Məlumat üçün bildirək ki, 8 saylı poçt şöbəsi həftənin bazar və bayram günləri istisna olmaqla 1-ci, 2-ci mikrorayon, Baloğlan Abbasov, Zərifə Əliyeva küçələrində yaşayan on minə yaxın əhaliyə bütün növ poçt xidmətləri göstərəcəkdir. Bu xidmətlər arasında kommunal xidmət haqlarının ödənməsi, pul köçürmələri, valyuta mübadiləsi, şəxsi hesabların açılması, sığorta müqavilələrinin bağlanması kimi xidmətlər vardır.

Keçidlər