“Xocalıya Ədalət” kompaniyasına Lənkəran məktəbliləri də qoşuldu.
Heydər Əliyev Fondunun vitze prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kompaniyası cərcivəsində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası, şəhər təhsil şöbəsi ilə birlikdə Şilavar kənd ümumi orta məktəbində soyqırımı əks etdirən məqalə müsabiqəsi və rəsm sərgisi keçirmişdir. Müsabiqədə “Xocalı həqiqətləri” mövzusunu əks etdirən ən yaxşı 3 məqalə ingilis dilinə tərcümə edilmişdir. Məktəbin yuxarı sinif şafirdləri informatika otağında ingilis dilinə tərcümə olunmuş məqalələri Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların elektron poçtlarına və sosial şəbəkə istifadəçilərinə göndərmişlər. Petisiya sosial şəbəkələrdə 1000 nəfər arasında paylaşılmışdır.
Sonra müsabiqə və sərgi iştirakçılarına təçkilatçılar tərəfindən sertifikatlar verildi. Şagirdlər tərəfindən Xocalı soyqrımını əks etdirən bədii kompozisiya numayiş etdirildikdən sonra tədbir başa çatdırıldı.