Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

20 fevral 2013 | 16:00

Hər həftənin çərşənbə axşamı keçirilən aparat müşavirələri Lənkəranda artıq ənənə halını alıb. Müşavirələrdə əvvəlki həftə ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni  həyatında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılır.
Növbəti aparat müşavirəsi fevral ayının 19-da keçirildi. Müşavirədə ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri və şöbə müdirləri, inzibati ərazi dairələrinin  nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə  və təşkilatların rəhbərləri  iştirak edirdi.
Müşavirəni giriş sözü ilə ŞİH-nin başçısı Taleh Qaraşov açdı.
Sonra İcra başçısının müavinləri – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimovun, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirlinin, Aqrar məsələlər şöbəsinin müdiri Tofiq Rzayevin və aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin ötən həftə ərzində görülən işlərlə bağlı hesabatları dinlənildi.
Daha sonra İcra başçısı Taleh Qaraşov çıxış edərək ötən həftə ərzində görülən işlərə münasibət bildirdi. Növbəti həftədə yarımçıq qalmış işlərin davam etdirilməsi, xüsusilə şəhərin işıqlandırılması işinə ciddi yanaşılması və bununla bağlı nöqsanların tez bir zamanda aradan qaldırılması üçün tapşırıqlarını verdi.
İcra başçısı həmçinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı cənab İlham Əliyevin çıxışından sitat gətirərək bildirdi ki, cənab Prezidentin son zamanlar ölkədə məmur fəaliyyəti və məmur özbaşınalığına qarşı sərt reaksiyası hamımız üçün bir ibrət olmalıdır. Rayonda fəaliyyət göstərən bütün məmurlar, xüsusilə rəhbər vəzifələrdə çalışanlar bundan nəticə çıxarmalıdır. T.Qaraşov vurğuladı ki, vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq istənilən məmurun adı oxşar xoşagəlməz vəziyyətlərdə hallanarsa, ona qarşı sərt və barışmaz mövqe nümayiş etdiriləcək.
Müşavirəni yekunlaşdıran Taleh Qaraşov bir daha hamını cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, ölkəmizin inkişafı və tərəqqisisi naminə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin  sədaqətlə icra etməyə çağırdı.

Keçidlər