SƏSİMİZİ DUYURAQ – BİZ XALQIQ
Məlum olduğu kimi Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama Adminstrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirmişlər.
Lənkəran gəncləri və Lənkəran məktəbliləri Ağ Evin rəsmi saytında Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı aparılan səsverməyə ilkin və fəal qoşulanlardan olmuşlar. Bu məqsədlə Lənkəran gəncləri və məktəbliləri “Səsimizi duyuraq-Biz xalqıq” yeni səsvermə kampaniyasına start veriblər. Aksiya fevral ayının 10-dan başlamışdır. Fevralın 25-dək davam edəcək bu aksiyada məqsəd 15000 səs toplamaqdır. Lənkəran gəncləri bu kampaniyanı keçirməklə ölkə ictimaiyyətinin diqqətini bir daha bu məsələyə yönəltmək istəyir. Aksiyaya Lənkəranın həm şəhər , həm də kənd məktəbləri qoşulub.
Bu günkü aksiyada Lənkəran şəhərinin 1,3,4,5,6,7,10 saylı məktəbləri və xarici dillər təmayüllü gimnaziya iştirak etmişdir.