Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Xəzər-Lənkəran”ı fanatları böyük izdihamla qarşıladılar

09 fevral 2013 | 16:00

Fevralın 8-də “Xəzər-Lənkəran” komandası bir müddət əvvəl təlim –məşq toplantısı üçün getdiyi Türkiyənin Antalya şəhərindən vətənə geri dönüb. Komandanın çox saylı azarkeşləri Göyşaban kəndi ərazisində şəhərin girişində kollektivi böyük coşqu və alqışlarla qarşılayıblar.
Qeyd edək ki, təlim-məşq toplantısı “Xəzər-Lənkəran” komandası üçün uğurlu keçib. Antaliya səfəri çərçivəsində keçirdiyi yoxlama oyunlarında əldə olunan nəticələr komandanın heyyətinin gələcək turnirlərdə daha yüksək nəticələr əldə etməsinə təsir edəcəkdir.
Məlumat üçün bildirək ki, fevralın 9-dan etibarən “Xəzər-Lənkəran” tam tərkibdə “İnter”lə fevralın 11-də keçiriləcək oyuna hazırlığa başlayacaq. Komandamızın gündə 2 dəfə məşq keçəcəyi nəzərdə tutulub.
 

Keçidlər