Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Gənclər Evində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi

09 fevral 2013 | 16:00

“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3-cü bəndinin icrasının təmin olunması, gənclərin intellektual səviyyəsinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən 8 fevral 2013-cü il tarixdə Lənkəran şəhər Gənclər Evində Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə rayon birinciliyi təşkil edildi. Rayonun Ali, orta ixtisas təhsili müəssisələri və orta ümumtəhsil məktəblərinin komandalarının iştirak etdiyi intellektual yarışda ümumilikdə 11 komanda təmsil olunurdu. Yarışın qalibi "Parasels" komandası oldu. İkinci və üçüncü yerə isə müvafiq olaraq " Sadə oğlanlar " və "SAFARİ" komandaları layiq görüldü. Qalib komandalara Lənkəran şəhər Gənclər və İdman İdarəsinin diplomları, birinci yerə layiq görülən komandaya isə yarışın KUBOKU təqdim olundu.

Keçidlər