Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA ŞURA İCLASI KEÇİRİLDİ

31 yanvar 2013 | 16:00

Yanvarın 30-da Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi.
İclasda iki məsələ müzakirə edildi.
“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.14. bəndinin tələbləri baxımından rayonda dini qurumlarla qarşılıqlı fəaliyyətin təşkili vəziyyəti barədə” Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirlinin məruzəsi dinlənildi.
Məsələ ətrafında Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə nümayəndəsi Qağayı Məmmədov və şəhər-rayon polis şöbəsi rəisinin müavini Şaban Kərimov çıxış etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan məsələnin aktual olduğunu diqqətə çatdırdı, dövlət-din münasibətlərinin qanunlar çərçivəsində tənzimlənməsinin vacibliyini vurğuladı, dini tədbirlərə ciddi riayət edilməsinin zəruriliyini söylədi, izahat və təbliğat işlərinə geniş yer verilməsini və birgə fəaliyyətin vacibliyini tövsiyə etdi.
İclasda müzakirə olunan ikinci məsələ – “Rayonda həqiqi hərbi xidmətə çağırışın vəziyyəti haqqında” Lənkəran ŞİH başçısı aparatında Hüquq şöbəsinin müdiri Fuad Əhədovun məruzəsi dinlənildi.
Məruzə ətrafında müzakirələrdə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəis müavini Natiq Abbasov çıxış etdi.
İcra başçısı Taleh Qaraşov hərbi vətənpərvərlik tərbiyəsinə diqqətin artırılmasını, bu sahədə tədbirlərə geniş yer verilməsini, gənclərin həqiqi hərbi xidmətə çağrılmasında mövcud problemlərin aradan qaldırılmasını tapşırdı, qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı.
Şura iclası müzakirə olunan hər iki məsələ ilə əlaqədar qərar qəbul etdi.
 

Keçidlər