Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

CƏSUR SƏRKƏRDƏ HƏZİ ASLANOVUN XATİRƏSİ ANILDI

22 yanvar 2013 | 16:00

Yanvarın 22-si II Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Bu münasibətlə qəhrəmanın adını daşıyan Xatirə parkında təntənəli anım mərasimi keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin, ümumtəhsil məktəblərin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin, KİV-lərin və s. nümayəndələrinin qatıldığı bu tədbirdə ilk söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirliyə verilmişdir. O, əvvəlcə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun salamlarını iştirakçılara çatdırmışdır. Sonra V.Nəsirli dünyaca məşhur general H.Aslanovun Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaətdən, qəhrəmanlıqlardan danışaraq qeyd etmişdir ki, onun rəşadəti bu gün hamımız üçün böyük fəxarət, qürur yeri, and yeridir. Bu gün Azərbaycan gəncləri Həzi kimi vətənpərvər, igid, cəsur olmalı, vətəni onun kimi layiqincə qorumalıdır.
Tədbirdə Böyük Vətən Müharibəsinin veteranı, rayon Veteranlar Şurasının üzvü İsfəndiyar Bağırov, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Cənub bölgəsinin sədri Əlisəfa Ağayev, “N” saylı hərbi hissənin əsgəri Nahid Əliyev çıxış edərək bildirmişlər ki, Həzi Aslanov II Dünya Müharibəsinin ən bacarıqlı, ən qüdrətli sərkərdələrindən biri olub. Onun müharibədə keçdiyi mətin və mübariz yol bu gün gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində böyük önəm daşıyan həyat məktəbidir.
Tədbirin sonunda şəhər 3,4,5 və Sütəmurdov kənd tam orta məktəblərinin “Gənc Aslanovçu”ların hazırladıqları “Həzi burda doğulub” adlı kompozisiya göstərilmişdir.
 

Keçidlər