Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LİMAN ŞƏHƏRİNDƏ HESABAT YIĞINCAĞI

19 yanvar 2013 | 16:00

Yanvarın 18-də Liman şəhərində hesabat yığıncağı keçirildi.
Yığıncaqda Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının və bir sıra xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Liman şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Bəxtiyar Səfərov hesabat məruzəsi ilə çıxış etdi. O, inzibati ərazi dairəsinə daxil olan Liman şəhərinin, Şirinsu qəsəbəsinin və Qumbaşı kəndinin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, 2012-ci ildə ərazidə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdı, bir sıra problemləri diqqətə çatdırdı.
Liman bələdiyyəsinin sədri Zabil Dadaşov ərazidə sosial-iqtisadi sahədə həyata keçirilmiş tədbirlərdən, abadlıq və səliqə səhman işlərindən söz açdı.
Sonra ayrı-ayrı sakinlər çıxış edərək bir sıra arzu və təkliflərini söylədilər.
Liman şəhər Ağsaqqallar şurasının sədri Siyavuş Süleymanov şəhərin yol infrastrukturunun yaxşılaşdırılması təklifini irəli sürdü.
Qumbaşı kənd sakini Şakir Qasımov kəndə təbii qazın verilməsini xahiş etdi.
Liman şəhər sakini, şair İltifat Saleh ərazidə elektrik və qaz təsərrüfatı üzrə növbətçilərin olması təklifini irəli sürdü.
Liman şəhər sakini Babulla Abdinov şəhərin Nərimanov küçəsinin əsaslı təmirə ehtiyacı olduğunu söylədi.
Ayrı-ayrı sakinlər çıxış edərək bir sıra təkliflər irəli sürdülər.
Çıxışlarda Liman inzibati ərazi dairəsinin 2012-ci ildə gördüyü işlərə qənaətbəxş qiymət verildi.
Hesabat yığıncağında çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qaldırılan təklifləri konkretləşdirmək, ərazidə mövcud problemləri həll etmək üçün müvafiq komissiyanın yaradılması tapşırığını verdi.
İcra başçısı yola saldığımız 2012-ci ilin ölkəmiz, eyni zamanda Lənkəran rayonu üçün uğurlu olduğunu bildirdi, möhtərəm Prezident İlham Əliyevin Lənkərana tarixi səfərindən danışdı, 2013-cü ildə qarşıda duran mühüm vəzifələrdən söz açdı, rayonumuzda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərinin sürətləndiriləcəyini, yol infrastrukturu sahəsində, su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində layihənin icrasının sürətləndiriləcəyini, Mərkəzi Rayon Xəstəxanasında, Olimpiya idman kompleksində yenidənqurma işlərinin və qazlaşdırmanın daha da sürətləndiriləcəyini, ilin sonunadək konkret proqramların icra ediləcəyini əminliklə söylədi.
Taleh Qaraşov çıxışının sonunda Liman şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində lazımi tədbirlərin görüləcəyini vurğuladı, ərazidə yaşayan sakinlərin qarşıdan gələn Prezident seçkilərində siyasi iradə nümayiş etdirərək Dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə ifadə etdi.
 

Keçidlər