Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Parakənd kəndində şəhid Mikayıl Nəzərovun xatirə kompleksinin açılışı oldu

29 aprel 2022 | 16:00

     Aprelin 28-də Parakənd tam orta məktəbinin həyətində Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Nəzərova həsr olunan xatirə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri, qazilər və kənd ictimaiyyəti  iştirak ediblər. Xatirə kompleksinin açılış lentini Lənkəran ŞİH başçısı Taleh Qaraşovla şəhidin oğlu Ramid Mikayılzadə birgə kəsib.
    Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükütla yad olunduğu tədbiri giriş nitqi ilə açan İcra başçısı M.Nəzərovun keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlıqlar barədə danışıb. Xatirə kompleksinin açılışının şəhidimizin 60 illiyinə təsadüf etdiyini vurğulayan natiq bildirdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. “Heç təsadüfi deyil ki, bu gün Parakənd tam orta məktəbi məhz məzunu olduğu şəhid Mikayıl Nəzərovun adını daşıyır” deyən İcra başçısı qeyd etdi ki, məktəbdə təhsil alan şagirdlər şəhidimizin həyat və döyüş yolunu öyrənərək onun kimi milli ruhda böyüyəcəklər. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər barədə danışan T.Qaraşov bildirdi ki, haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daima irəli getmək əzmində olanların çoxu məhz gənc nəslin nümayəndələri olublar.Lənkəranlı gənclərin      Vətən müharibəsində xüsusi qəhrəmanlıqlar göstərdiyini vurğulayan İcra başçısı onların şücaətinin gələcək nəsillərin yetişməsində əbədi nümunə olaraq qalacağını qeyd etdi.
     Şəhidin ailə üzvləri adından çıxış edən qızı Ramilə Nəzərova ölkəmizdə şəhidlərə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğı və diqqətdən razılığını ifadə etdi. Ailə üzvləri adından dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
    Daha sonra Parakənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirildi və musiqi ifa olundu.

Keçidlər