Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranlı gənclər üçün “Narkomaniyaya yox deyək” şüarı ilə maarifləndirici tədbir keçirildi

19 aprel 2022 | 16:00

Sağlam həyat naminə “Narkomaniyaya yox deyək” şüarı altında  Lənkəran şəhər  Mədəniyyət Mərkəzində aprelin 19-da Lənkəran Şəhər İcra Hakimiyyəti,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı ümumbəşəri bəla olan narkomaniyanın fəsadlarından, onun insan həyatında buraxdığı acı izlərdən konkret misallardan nümunə gətirməklə bu bəladan qurtulmaq üçün hər kəsin üzərinə mənəvi məsuliyyət düşdüyünü bildirdi. İcra başçısının müavini maarifləndirmə işinin cəmiyyətin bütün sosial institutları tərəfindən mütəmadi olaraq aparılmalı olduğuna diqqəti çəkərək bu sahədə ən böyük məsuliyyətin ailələrin üzərinə düşdüyünü qeyd etdi. 

Narkomaniyayla bağlı maarifləndirmə tədbirinin keçirilməsinin əhəmiyyətinə toxunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova  bildirdi ki, bəşəriyyət üçün təhlükəyə çevrilən bu bəlanın qarşısının alınmasının effektiv yolu insanlar arasında maarifçiliyin geniş şəkildə aparılmasından keçir. S.Qəhrəmanova sağlam nəslin yetişməsi üçün gənclərimizin daha çox idmanla, incəsənətlə və ictimai əhəmiyyəti olan işlərlə məşğul olmasının önəminə diqqət çəkərək dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrə olduğu kimi, sözügedən istiqamətə də xüsusi qayğı və diqqət ayırdığını qeyd etdi.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Azərbaycan milli futbol komandasının üzvü Qara Qarayev, atletika üzrə Avropa çempionu Nazim Babayev və idmançı Kamil Zeynallı və digərləri mövzu ətrafında çıxış etdilər. Natiqlər gənclərə narkomaniyanın fəsadlarından, ondan uzaq durmaq üçün idmanla məşğul olmağın önəmindən danışdılar.  Daha sonra lənkəranlı məktəbli və gənclərin iştirakı ilə “Narkomaniyay yox deyək” şüarı altında Qaçış Marafonu keçirildi. Marafon iştirakçılarına sertifikat və qaliblərə hədiyyə təqdim olundu.

Keçidlər