Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda İcra başçısı səyyar qəbul-görüşlərini davam etdirir

14 aprel 2022 | 16:00

      Lənkəran ŞİH başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü 13 aprel 2022-ci il tarixdə Hirkan qəsəbə inzibati ərazi dairəsinə daxil olan Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə İcra başçısı ilə birlikdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.  Azərbaycan dövlətinin və cənab Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz insan faktorunun olduğunu vurğulamaqla giriş nitqinə başlayan Icra başçısı yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsinin məhz bu məqsədə xidmət etdiyini qeyd etdi. Ənənəvi olaraq İcra başçısı ilk olaraq şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarını dinlədi, onları narahat edən məsələlərin həlliylə bağlı qəbul-görüşdə iştirak edən səlahiyyətli şəxslərə yerində göstərişlərini verdi, İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyatı qurumlara rəsmi qaydada müraciət olunmasıyla bağlı tapşırıqlarını verdi. Yerli insanların çoxsaylı suallarını və müraciətlərini diqqətlə dinləyib cavablandıran T.Qaraşov  qaldırılan obyektiv məsələlərin ədalətli həllinə nail olunması üçün rayon İcra hakimiyyətinin bütün məsul şəxslərinin vətəndaşın yanında olduğunu vurğuladı. Hər zaman dövlətə və dövlətçiliyə bağlılığı ilə seçilən Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. 
     Yekun çıxışını vətəndaş və dövlət arasındakı münasibətlər konteksində quran  T.Qaraşov bildirdi ki, cənab Prezidentin tapşırığına və xüsusi göstərişinə uyğun olaraq vətəndaş hər zaman yanında dövlətinin varlığını hiss etməli, birbaşa rəhbər şəxslərə müraciət edə bilməli və insanları narahat edən məsələlərin həllində dövlət məmurlarının yaxından iştirakına inanmalıdır ki, səyyar-qəbul görüşlər də bu baxımdan nümunə təşkil edir.

Keçidlər