Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı səyyar qəbulları davam etdirir

07 aprel 2022 | 16:00

   Vətəndaşların müraciətlərinə yerində baxılması və qaldırılan məsələlərin həssaslıqla araşdırılaraq həllindən ötrü operativ tədbirlərin görülməsi istiqamətində dövlətimizin başçısının tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələri əldə rəhbər tutan Lənkəran ŞİH başçısı Taleh Qaraşov 2022-ci il ərzində təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü 6 aprel 2022-ci il tarixdə Səpnəkəran kənd inzibati ərazi dairəsinə daxil olan Səpnəkəran, Mikolan və Yuxarı Nüvədi kəndinin sakinləri ilə keçirib. Kənd sakinləri tərəfindən böyük hörmət, ehtiram və məmnunluqla qarşılanan İcra başçısı giriş nitqində vətəndaşla dövlət qurumları arasında birbaşa dialoqun hamı üçün əlçatan olması baxımından yerlərdə qəbul-görüşlərin keçirilməsinin ölkə Prezidentinin xüsusi diqqətində olduğunu vurğulayıb. İcra başçısı bütün görüşlərində olduğu kimi öncə qəbul-görüşdə iştirak edən şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə birbaşa dialoq quraraq onları dinləyib, problemləri və qayğıları ilə maraqlanıb.
   Qeyd edək ki, səyyar qəbul-görüşdə İcra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Kənd sakinləri yaşadıqları ərazidə rayonun rəhbər şəxslərinin qəbul-görüşlərdə iştirakının onların təklif və müraciətlərinə yerində baxılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Kənd sakinləri tərəfindən qaldırılan bütün müraciət və təkliflər diqqətlə dinlənilib, bir çoxunun yerində həll olunması istiqamətində İcra başçısı tərəfindən aidiyyəti qurumlara göstərişlər verilib, Səmimi ab-havada keçən səyyar qəbul-görüşdə sakinlər  əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Yekun nitqi ilə çıxış edən İcra başçısı T. Qaraşov vətəndaşların müraciətlərinə həssaslıqla baxılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin Lənkəran ŞİH-nin gündəlik fəaliyyətinin əsasını təşkil etdiyini və keçirilən səyyar qəbul-görüşlərin bu məqsədə xidmət etdiyini xüsusi vurğulayaraq irəli sürülən məsələlərin həllindən ötrü lazımi tədbirlərin görüləcəyini, habelə belə görüşlərin gələcəkdə də davam etdirləcəyini qeyd edib.

 

Keçidlər