“20 YANVAR, QANLI YANVAR”
Qanlı Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə yanvarın 18-də N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “20 Yanvar, Qanlı Yanvar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi şagirdlərinin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm sərgisi ilə tanış oldular.
Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Lənkəran Dövlət Dram Teatrının əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri tədbirdə iştirak edirdilər.