Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı qalib idmançılarla görüşüb

02 aprel 2022 | 16:00

    2 aprel 2022-ci il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov idman sahəsində yüksək nəticələr qazanmış bir qrup məşqçi və idmançılarla görüş keçirib. Görüşdə beynəlxalq yarışlarda, respublika və Avropa birinciliklərində yüksək nəticələr qazanmış idmançılar və onların məşqçiləri iştirak edib. Görüş iştirakçılarını salamlayan İcra başçısı ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb. Natiq idmanın inkişafından ötrü görülən əməli işlərin, idmanla bağlı həyata keçirilən Dövlət Proqramlarının, yeni tikilən Olimpiya İdman Komplekslərinin, stadionların, saysız-hesabsız idman qurğularının, habelə ölkədə yüksək səviyyədə təşkil olunan beynəlxalq yarışların  Azərbaycanı dünyada əsil idman ölkəsi kimi tanıtdırdığını və Azərbaycan idmançılarının  dünya, Avropa birinciliklərində, Olimpiya oyunlarında, habelə beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələri məhz bu əvəzsiz qayğının parlaq nəticələri kimi səciyyələndirib. Lənkəranlı idmançıların da bu qayğıdan ruhlanaraq respublika birinciliklərində və beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasının, ölkəmizin və rayonumuzun idman şərəfini ləyaqətlə qorumasının, xüsusilə Bolqarıstanda keçirilən yunan-roma güləşi üzrə sonuncu Avropa çempionatında Həsənli Xasay Faiq oğlunun qalib kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxması, bayrağımızı yüksəltməsinin, himnizi səsləndirməsinin hər bir rayon sakini üçün qürurverici olduğunu söyləyib. Qazandıqları qələbələr münasibətilə qalib idmançıları və məşqçiləri bir daha təbrik edən İcra başçısı onlara qarşıdakı yarışlarda yeni-yeni nailiyyətlər arzulayıb. Görüşdə çıxış edən idmançılar və məşqçilər ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Görüşün sonunda İcra başçısının sərəncamı ilə bir qrup idmançıya və məşqçiyə İcra hakimiyyətinin fəxri fərmanları və pul mükafatları təqdim olunub. Görüşdən sonra İcra başçısı görüş iştirakçıları ilə birgə xatirə şəkli çəkdirib.

Keçidlər