Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Vilvan kəndində səyyar qəbul keçirilib

10 mart 2022 | 16:00

    Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yumşaldılandan sonra  ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində yeni bir canlanma yaranıb. Rayonun sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə  Lənkəran Şəhər İcra Hakimiyyəti başda olmaqla idarə, müəssisə və təşkilatlarda iş fəaliyyəti gücləndirilir. O cümlədən, vətəndaşların müraciətlərinə baxılması, qaldırılan məsələlərin yerindəcə araşdırılıb operativ həllindən ötrü İcra başçısının səyyar qəbul görüşləri də geniş vüsət alıb. Martın 9-da İcra başçısı növbəti səyyar qəbul görüşünü rayonun iri yaşayış məntəqələrindən olan Vilvan kəndində keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, müxtəlif təşkilatların və xidmət idarələrinin rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul-görüşdə Vilvan kəndinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə geniş danışılıb və sakinlərin arzu və təklifləri dinlənilib. Görüşdə çıxış edən İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət  edəcəyini diqqətə çatdırıb. T.Qaraşov Vilvan kənd sakinlərinin əməksevərliyini, vətən təəssübkeşliyini, dövlətə və cənab Prezidentin həyata keçirdiyi siyasi kursa sadiqliyini yüksək qiymətləndirərək 44 günlük Vətən müharibəsi zamanı bir daha bunun şahidi olduğunu bildirib. Səyyar qəbul-görüşdən razılıq edən sakinlər çıxış edib dünyada baş verən mürəkkəb siyasi hadisələr fonunda ölkə iqtisadiyyatının durmadan inkişaf etdirilməsindən, Azərbaycan xalqının sülh və əminamanlıq şəraitində yaşayışının təmin olunmasından məmnun olduqlarını qeyd edərək cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu fikirlər ifadə ediblər.
   Görüşü yekunlaşdıran İcra başçısı qaldırılan məsələlərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər