HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “NARKOMANİYAYA QARŞI MÜBARİZƏ VƏ SAĞLAM HƏYAT TƏRZİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ”Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”sı, rayonlararası narkoloji dispanser, Şəhər Rayon Polis Şöbəsi, şəhər Təhsil şöbəsi ilə birlikdə 17 dekabr 2012-ci il tarixində Heydər Əliyevin mərkəzində ümumtəhsil orta məktəblərin sinifdənxaric və məktəbdənkənar tərbiyəvi təşkilatları, psixoloq və uşaq birliyi təşkilatı rəhbərləri üçün “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə şəhər İcra hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Quliyev açaraq, 1990-cı il 20 yanvarda və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizi 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. O, tədbirin keçirilməsinin məqsədini açıqlayaraq bildirmişdir ki, 1996-cı ildən başlayaraq ümümilli liderimiz H.Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə narkomanlığa qarşı mübarizə siyasətinin konsepsiyası işlənilmiş, ”2000-2006-ilədək narkomanlığın yayılmasına, narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümümmilli proqram” təsdiq olunmuş və 2000-ci ildən icrasına başlanılmışdır. Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş və 2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Narkotiklərlə mübarizə sahəsində milli qanunvericilik aktları ilə yanaşı, Azərbaycan BMT-nin 3 mühüm konvensiyasına qoşulmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu qurum Lənkəran rayonunda da fəaliyyət göstərərək, geniş profilaktiki tədbirlər həyat keçirir. Narkomaniya və onun törətdiyi fəsadlar haqqında hər bir vətəndaş maarifləndirilməli, xüsusən yeniyetmə və gənclər arasında geniş təbliğati işlərin aparılması vacıbdir. Çünki muasir cəmiyyətdə sağlam düşüncəli gənclərmizin olması dövlətimizin inkişafı deməkdir. Sonra şöz Lənkəran rayonlaraası narkoloji dispanserin baş həkimi Vuqar Əliyevə verildi. O, narkomaniya və onun törətdiyi fsadlar haqqında ətraflı məlumat verərək, hazırlanmış bukletləri tədbir iştirakçıları arasında payladı. Şəhər-rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş inspektoru mayor Zeynur Qədirovda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar geniş məlumat verdi. Dialoq şəkilində hazırlanan tədbirdə beş məsələ - “Ağ ölüm” adlanan narkomaniya yoluxanlara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi, narkomaniyaya nə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri, məktəblilərin zərərli vasitələrdən mühafizəsi üçün təhsil müəssisələrinin rolu, ictimaiyyətin hansı təbəqəsinin təsirindən uşaqlar zərərli vərdişlərə qurşanır, cəmiyyətimizin gələcəyi olan yeniyetmə və gənclərdə sağlam düşüncənin formalaşdırılması məsələləri müzakirə olunmuşdur. Tədbirdə uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğu bildirildi. Əlaqələndirmə işinin həyata keçirilməsi və profilaktiki tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması koordinasiya şurasının həvalə edildi.
Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə xanım Cavadova sonda tədbir iştirakçılarını Ümummilli Lider Heydər Əliyev mərkəzinin elektron kitabxanası, muzeyi və digər bölmələri ilə tanış etdi.