Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

REGİONAL SEMİNAR MÜŞAVİRƏ

03 avqust 2012 | 15:00

Avqustun 3-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda regional seminar-müşavirə keçirildi.

Seminar-müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının bələdiyyə sədrləri, üzvləri və qulluqçuları iştirak edirdilər.

Seminar iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.

Seminar-müşavirəni giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təsərrüfat subyektlərinin mühasibat uçotu və maliyyə hesabatlarında şəffaflığın təmin edilməsi problemlərinin həlli mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Taleh Qaraşov daha sonra qeyd etdi ki, bu məsələnin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının razılığına əsasən ölkənin regionlarında zəruri maarifləndirmənin həyata keçirilməsi və metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında, Gəncə, Qəbələ, Lənkəran və Xaçmaz şəhərlərində “Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda regional seminar-müşavirələrin keçirilməsinə başlanılmışdır.

Daha sonra Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək bu günkü seminar-müşavirənin əhəmiyyəti haqqında danışdılar.

Seminar - müşavirədə Azərbaycan Respublikası auditorlar Palatası ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair saziş imzalandı.

 

Sonra məruzələr dinlənildi.

“Regionda sosial-iqtisadi inkişafın uğurlu nəticələri (Lənkəran rayonunun timsalında)” mövzusunda Lənkəran ŞİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanovun, “Bələdiyyələrdə auditin keyfiyyətinin yüksəldilməsi” mövzusunda Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin tənzimlənməsi və şəffaflığın təminatı idarəsinin rəisi Maarif Abbasovun, “Lənkəran rayonunun sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu” mövzusunda Lənkəran ŞİH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərraf Heydərovun, “Bələdiyyələrdə əlaqədar auditor xidmətindən istifadə istiqamətləri” mövzusunda Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovun, “Bələdiyyə vergiləri və uçot sistemi” mövzusunda Auditorlar Palatasının üzvü, sərbəst auditor İlham Hacıəzizovun, “Bələdiyyələrdə auditin aparılmasına dair proqramın tətbiqi əsasları” mövzusunda Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərovun və başqalarının məruzələri dinlənilib müzakirə edildi.

Seminar-müşavirəni Vahid Novruzov yekunlaşdıraraq bu günkü mühüm əhəmiyyətli tədbirin təşkilində göstərdiyi köməkliyə görə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlığını bildirdi.

Keçidlər