Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda İcra başçısı səyyar qəbul keçirdi

04 mart 2022 | 16:00

         Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Lənkəran ŞİH rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsinə də start verilib. Pandemiyadan sonra ilk səyyar qəbul-görüş martın 3-də rayonun Şıxəkəran kəndində keçirilib. Şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar. Səyyar qəbulda sakinlərin tam sərbəst şəkildə söylədikləri arzu və təkliflər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.  Qəbulda çıxış edən İcra başçısı pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.  Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Onlar Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə, xüsusilə  yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılmasına, magistral yolların başdanbaşa asfaltlanmasına, elektrik enerjisinin fasiləsiz verilməsinə, içməli su xəttinin çəkilişinə və Şıxəkəran kənd tam orta məktəbi üçün ən müasir  tələblərə cavab verən ikimərtəbəli yaraşıqlı məktəb binasının tikilib istifadəyə verilməsinə görə ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər. Digər yaşayış məntəqələrində də səyyar qəbulların keçirilməsindən ötrü İcra başçısı tərəfindən təsdiq olunmuş qrafik tərtib olunub.

Keçidlər