YAP Lənkəran şəhər təşkilatının 1 saylı ərazi təşkilatında hesabat-seçki yığıncağı keçirilib
YAP İdarə Heyətinin qərarına əsasən respublikanın hər yerində olduğu kimi Lənkəran rayonunda da ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Açıq müzakirələr və dialoq şəraitində keçən yığıncaqlarda təşkilat sədrlərinin hesabatları dinlənilir, görülən işlərə yekun vurulub perspektiv üçün yeni vəzifələr müəyyən olunur. Növbəti hesabat-seçki yığıncağı fevralın 23-də Lənkəran ŞİH-də YAP Lənkəran şəhər təşkilatının 1 saylı ərazi təşkilatında keçirilib. Yığıncaqda Lənkəran ŞİH başçısı Taleh Qaraşov və YAP Lənkəran Şəhər Təşkilatının sədri İqbal Əmənullayev iştirak edib. İcra başçısı hesabat yığıncağını giriş sözü ilə açaraq Ümummili Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, hüquqi-demokratik cəmiyyət quruculuğu proseslərində yaxından iştirakından və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlərindən geniş danışıb. Natiq yeni ictimai-siyasi şəraitdə YAP-ın şəhər təşkilatı və onun yerlərdəki ərazi ilk təşkilatları qarşısında duran vəzifələri ətraflı sadalayaraq hər bir partiya üzvünün bu vəzifələrin icrasına məculiyyətlə yanaşmasını, Nizamnamə tələblərinə qətiyyətlə əməl etməyə boclu olduğunu diqqətə çatdırıb.
Sonra YAP şəhər İcra hakimiyyəti 1 saylı ərazi partiya təşkilatının sədri Rasilə Arifqızı məruzəsi ilə çıxış edib hesabat dövründə təşkilatda görülən işlər barədə geniş məlumat verib. Sonra məruzə ətrafında müzakirələr olub. Müzakirələr zamanı İcra başçısının birinci müavini Möhübbət Babayev, partiya və əmək veteranı, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev, gənc YAP üzvü, şəhər İcra hakimiyyətinin əməkdaşı Rzazadə Şəhanə və YAP Lənkəran Şəhər təşkilatının sədri İqbal Əmənullayev çıxış edib partiya həyatının müxtəlif sahələri ilə bağlı fikir və mülahizələrini bildirib və yeni seçiləcək heyətə işlərində uğurlar arzulayıblar. Yığıncaqda 1 saylı ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti yekdil səslə qənaətbəxş qiymətləndirilib və təşkilati məsələyə baxılaraq Rasilə Arifqızı yenidən 1 saylı ərazi partiya təşkilatının sədri, Könül Manafova isə müavini seçillib.