Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

"Mübariz ol sona qədər!"

07 fevral 2022 | 16:00

7 fevral Azərbaycan xalqının qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazmış Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov öz əfsanəvi qəhrəmanlığı ilə xalqın qəlbində əbədi taxt qurmuş, gənclərimizə vətənpərvərlik nümunəsi olmuşdur.
Onun şücaətləri dillərdə dastan olmuş, valideynlərinə yazdığı son məktubu hər bir gəncin qəlbində Vətənə məhəbbət, qələbəyə inam, düşmənə nifrət toxumları əkmişdir. 2010- cu ildən Azərbaycanın bütün təhsil müəssisələrində Mübariz İbrahimovun qəhrəmanlıq dərsləri keçirilir. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuz  işğal olunmuş torpaqlarımızın  erməni terrorçularından azad edilməsi üçün  Vətən müharibəsinə başladığı andan məhz həmin vətənpərvər övladlar irəli çıxdı.
Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə erməni işğalçı dəstələrinin  darmadağın edilməsi, tarixi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi Mübarizlərin, Fəridlərin, Poladların və minlərlə gəncin canı, qanı bahasına qələbə ilə başa çatdı.
Fevralın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı  ilə R. Məmmədov adına şəhər 5 nömrəli  tam orta məktəbdə  "Mübariz ol sona qədər!" adlı tədbir keçirilmişdir. Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Şəhid ailələrinin üzvləri  və Vətən müharibəsi iştirakçıları, Gənclərin Koryera və İnkişaf Mərkəzinin Lənkəran nümayəndəliyinin üzvləri, rayon ağsaqqalları iştirak etmişdir. Tədbirdə  şagirdlərin ifasında vətənpərvərliyi tərənnüm edən kompazisiyalar nümayiş etdirilmişdir.

Keçidlər