Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda baramaçılığın dirçəldilməsi istiqamətində tədbirlər davam etdirilir.

13 dekabr 2021 | 16:00

Bir vaxtlar Azərbaycanda kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ardıcıl tədbirlər həyata keçirilir.
Prezident cənab İlham Əliyevin ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamının və müvafiq tapşırıqlarının icrası ilə əlaqədar baramaçılığın yem bazasının yaradılması üçün 2016-cı ildən etibarən Çin Xalq Respublikasından Lənkərana gətirilmiş, eləcə də sonrakı illərdə ölkəmizdə tədarük edilən tut tinglərinin əkini keçirilmişdir. Ötən müddət ərzində  rayonumuzda baramaçılığın yem bazasının yaradılması ilə bağlı xeyli iş görülmüş, bir neçə qabaqcıl təsərrüfatlar yaradılmış və bu istiqamətdə işlər davam etdirilir.
 Cari ilin dekabr ayında rayonumuza Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC tərəfindən 3000 ədəd tut tingi verilmiş, həmin tut tinglərinin bölgüsü aparılmaqla rayonun 8 yaşayış məntəqəsində mütəxəssislərin iştirakı ilə əkinləri keçirilmişdir.
 Tut tinlərinə qulluq işləri şəhər İcra hakimiyyəti və Lənkəran DAİM tərəfindən nəzarətdə saxlanılır.

Keçidlər