Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ümummilli Liderin xatirəsi ehtiramla anıldı

13 dekabr 2021 | 16:00

Dünya şöhrətli dahi şəxsiyyət, qüdrətli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə günü ilə əlaqədar Lənkəran şəhərində silsilə tədbirlər keçirilir. Ulu Öndər Heydər Əliyevin rayonun sosial-iqtisadi inkişafındakı əvəzsiz xidmətlərini həmişə minnətdarlıq hissi ilə xatırlayan lənkəranlılar dahi rəhbərin xatirəsini daim əziz tutur, ehtiramla yad edirlər. Növbəti anım günü ilə əlaqədar dekabrın 12-də Heydər Əliyev xatirə parkında Ulu Öndərin əzəmətli abidəsi ziyarət olunub. Lənkəran ŞİH başçısı Taleh Qaraşov başda olmaqla İcra aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin və şəhər ictimaiyyətinin nümayəndələri karantin qaydalarına uyğun Ulu Öndərin abidəsi qarşısına gəlib önünə tər çiçəklərlər düzməklə dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra İcra başçısı və tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirə gününə həsr olunmuş kitab və rəsm sərgisi ilə tanış olublar. Xatirə günü ilə bağlı Lənkəran Dövlət Universitetində və rayonun digər təhsil, səhiyyə və mədəni-maarif müəssisələrində tədbirlər davam etdirilir.

Keçidlər