Lənkəranda sakinlər aparılan quruculuq-abadlıq işlərindən razılıq edir
COVİD-19-un yaratdığı çətinliklərə baxmayaraq 2021-ci il ərzində Lənkəran şəhərində və rayonun yaşayış məntəqələrində abadlıq və quruculuq sahəsində tədbirlər heç vaxt səngiməyib. İl ərzində həyata keçirilən tədbirlərin həcmi göstərilən sahədə işin ahəngdarlığı barədə geniş təsəvvür yaradır. Payız-qış mövsümünə baxmayaraq şəhərdə və ayrı-ayrı yaşayış məntəqələrində tikinti-bərpa işləri, parklarda, küçə və səkilərdə təmir işləri bu gün də davam edir. Belə ki, sakinlərin piyada hərəkət və gəzinti üçün daha çox iştifadə etdiyi Qala Xiyabanında sıradan çıxmış travet listlər sökulərək yeni mərmər qarışıqlı beton plitələrlə əvəzlənir. M.Ə.Rəsulzadə, Hacı Nəsir, H.Z.Tağıyev və T.Abdullayev küçələrində səkilərə beton plitələr (tamet) və bardürlər düzülür. Vətəndaşları arzu və istəkləri nəzərə alınaraq mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təmir-bərpa işləri də davam etdirilir. Bu məqsədlə şəhərdə Həzi Aslanov Xiyabanı küçəsi 1, Akademik Zərifə Əliyeva küçəsi 78/7, 78/22 və Şəhidlər Xiyabanı küçəsindəki 153 saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış binalarının pilləkən qəfəsləri, fasadları təmir olunaraq rənglənir, blok pəncərələr və çıxış qapıları yenisi ilə əvəz olunur. Görülən işlər şəhər sakinləri tərəfindən razılıqla qarşılanır.