Məktəblilərimiz qanunun aliliyinə hörmət ruhunda tərbiyə olunurlar
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası uşaqlar arasında qanun pozuntularının aradan qaldırılması, onlarda qanunların aliliyinə hörmət ruhunun aşılanması üçün sil-silə tədbirlər həyata keçirir. Belə ki, komissiya şəhər təhsil şöbəsi ilə birlikdə 14 yanvar 2013-cü il tarixində Rvo kənd tam orta məktəbinin akt zalında yuxarı sinif şagirdlər ilə “Qanunlarımız – uşaqların hüquq və vəzifələrini müəyyənləşdirir” mövzusunda növbəti tədbirini keçirmişdir.
Tədbiri giriş sözü ilə Rvo kənd tam orta məktəbin direktoru Bilal Mirzəyev acaraq, Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” kəlamını xatırladaraq, uşaqlara göstərilən dövlət qayğısı barədə məlumat verdi. Sonra, söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük-məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Quliyevə verildi. O, çıxışında qeyd etmişdir ki, 19 may 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” uşaqların hüquq və vəzifələrini müəyyənləşdirir. Bu qanun Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında qəbul edilmiş, ümumbəşəri dəyərlərə və beynəlxalq konvensiyalara söykənir. Hal-hazırda bu siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, uşaqlarla bağlı hüquqi institusional bazanın möhkəmlənməsi, uşaq hüquqlarının həyata keçirilməsində dövlət nəzarət qaydası ilə əlaqədar müvafiq qanunun qəbul edilməsi bu siyasətin uğurla davamının göstəricisidir. Qəbul edilmiş qanunlar cəmiyyətimizin bir hissəsi kimi uşaqlara dövlət qayğısını artırmış və onların dövrün tələblərinə uyğun təhsil alması, beynəlxalq aləmdə yüksək səviyyədə təmsil olunması üçün zəmin yaratmışdır. Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyəvi təşkilatçısı Tehran Həsənov məktəblilərin təhsilə cəlb edilməsi və çətin tərbiyə olunan uşaqlarla aparılan profilaktiki işlər barədə məlumat verdi. Diskussiya zamanı şagirdləri maraqlandıran bütün suallara ətraflı cavablar verildikdən sonra, şəhər İcra hakimiyyəti başçısı aparatının böyük-məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Emin Quliyev tədbirin keçirilməsində əməyi olan bütün insanlar təşəkkür edərək tədbiri yekunlaşdırmışdır.