Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirildi
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümü münasibətilə noyabrın 15-də YAP Lənkəran rayon təşkilatının 1 saylı ilk ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra tədbiri giriş sözü ilə açan icra başçısının müavini,YAP Lənkəran Rayon Təşkilatı Qadınlar şurasının sədri Rasilə Arifqızı Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi, şəhidlərimizə Allahdan rəhmət dilədi.
Rasilə Arifqızı Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edərək vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar 1992-ci ilin oktyabrında Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Xalqın səsini Heydər Əliyevə çatdıran tanınmış ziyalıların bu müraciətinə müsbət cavab verən Ümummilli Liderin rəhbərliyi ilə 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, daha sonra Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Partiyanın yaranma və formalaşma tarixindən söhbət açan Rasilə xanım, lider partiya olan YAP-ın nailiyyətlərini vurğulayaraq dövlətçilyimizin möhkəmlənməsində önəmli rol oynamış Heydər Əliyevin müstəsna xidmətlərinin müasir dövrümüzdə ölkə başçısı, cənab prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı birinci vitse prezident Mehriban xanım Əliyevanın uzaqgörən siyasəti nəticəsində uğurla davam etdirildiyini bildirdi.