Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsinə daha bir abidə

04 noyabr 2021 | 16:00

04 noyabr 2021-ci il tarixdə Lənkəran rayonunun Girdəni kəndində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikilmiş abidə-kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, şəhid ailə üzvləri, Qarabağ qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidə kompleksi üzərinə tər çiçəklər düzən  İcra başçısı çıxış edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından bir il ötür. Bu qanlı-qadalı müharibədə qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı  zərbələr vuran igidlərimiz arasında lənkəranlı gənclərin də xüsusi yer tutduğunu vurğulayan natiq onların çoxunun vətən torpaqlarının işğaldan azad olunması yolunda həyatlarını qurban verib şəhidlik zirvəsinə yetişdiklərini, bir çoxlarının isə yaralanıb qazi olduqlarını bildirib. Lənkəranda Vətən müharibəsi şəhidlərinə və qazilərə böyük ehtiramın bəslənildiyini, xatirələrinin əbədiləşdirilməsi məqsədilə adlarına bulaqların tikilildiyini, xatirə lövhələrinin vurulduğunu, ad və anım günləri ilə bağlı tədbirlərin, mərasimlərin keçirildiyini diqqətə çatdıran natiq onların vətən qarşısında xidmətlərinin əbədi xatirə kimi bundan sonra da daim yaşayacağını, hər zaman gənc nəslə örnək olacağını əminliklə  söyləyib. İcra başçısı çıxışının sonunda 8 Noyabr Zəfər günü münasibətilə şəhid ailələrini, qaziləri və mərasim iştirakçılarını təbrik edib xoş arzularını çatdırıb.
Sonra şəhid anası Bəyimağa Ağayeva, Girdəni kənd Ağsaqqallar Şurasının sədri Məmmədxan Kərimov və Girdəni kənd sakini  Namik Bağırov çıxış edib Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını yüksək dəyərləndirmiş və onların xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən davamlı işlərə görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər