Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi işləri davam etdirilir

08 oktyabr 2021 | 16:00

Rəşadətli Azərbaycan ordusunun möhtəşəm qələbəsi  ilə başa çatmış 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi Lənkəranda ehtiramla yad edilir. Bu günlərdə Vətən Müharibəsinin başlanmasının il dönümü ilə əlaqədar şəhidlərin məzarları önündə qələbəlik hokum sürür. Sentyabrın 27-dən başlayaraq Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının , idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri şəhərdəki Şəhidlər Xiyabanında və rayonun ayrı-ayrı yaşayış məskənlərindəki məzaristanlarda dəfn olunmuş şəhidlərin qəbirlərini ziyarət edir, şəhidlərin ailə üzvləri və doğmaları ilə gürüşüb Vətən torpaqları uğrunda həyatını qurban vermiş şəhidlərin qəhrəmanlığından qürur duyduqlarını ifadə edirlər. Eyni zamanda müxtəlif yerlərdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərdə davam etdirilir, şəhid adına bulaqlar tikilir, xatirə lövhələri asılır. Növbəti belə bir mərasim 7 oktyabr 2021-ci il tarixdə rayonun Nərimanabad qəsəbəsində keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş qəsəbə tam orta məktəbinin yaraşıqlı binası qarşısında həmin  məktəbin məzunu,  44 günlük Vətən Müharibəsi şəhidi Abiyev Vasif Vaqif oğlunun barelyefinin açılışı olub. Mərasimdə  RİİB-nin nümayəndəsi, Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, şəhidin döyüş dostları, məktəbin pedaqoji və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısının I müavini M.Babayev, şəhidin hərbçi qardaşı və döyüş dostları, müəllimləri çıxış edib Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  qəhrəman əsgərlərimizin  44  günlük Bətən Müharibəsindəki rəşadətindən və ölkə başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı və davamlı diqqətindən söz açıblar. Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiyası ifa olunub.Sonra mərasim iştirakçıları məktəbdə şəhidlə bağlı xatirələri əks etdirən eksponatların nümayiş etdirildiyi müzeylə tanış olublar.

Keçidlər