Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

5 oktyabrda Lənkəran şəhərində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

06 oktyabr 2021 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini,ictimai-siyasi və humanitar  məsələlər  şöbəsinin  müdiri  Rasilə xanım Arifqızı və Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva, müdir müavini Nəsir Əkbərov,  şəhid müəllim ailələrinin üzvləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
Sonra tədbir şəhər T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin akt zalında  davam etdirilib.
Tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Rasilə xanım Arifqızı rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb  və   müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.
Sonra tədbirdə Təhsil Şöbəsinin müdiri Ülviyyə xanım Əliyeva Lənkəran təhsilinin uğurlarından bəhs edib, Vətən müharibəsində iştirak edən,  öz şücaəti ilə seçilən müəllimlərin bundan sonra tədrisdə yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinə inandığını bildirib, müəllimlərin  çətin və şərəfli əməyindən danışaraq onları təbrik edib.
Sonda Vətən müharibəsində iştirak edən qəhrəman müəllimlər, rayonun   qabaqcıl müəllimləri və V qrant müsabiqəsinin qalibləri Şəhər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin  fəxri fərmanları  ilə təltif edilib .

Keçidlər