Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda daha bir şəhid adına bulağın açılışı oldu

26 avqust 2021 | 16:00

Erməni işğalına qarşı Zəfər Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsi hər bir azərbaycanlı gənc üçün əsil qəhrəmanlıq məktəbi olub. Könüllü olaraq Milli Ordumuzun sıralarına qoşulan yüzlərlə lənkəranlı gənc də bu müharibədə düşmən ordusunun darmadağın edilməsində yüksək əsgəri rəşadət nümayiş etdirib. Azərbaycan xalqının böyük oğlu, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı ilə ayağa qalxan bu gənclər “hər şeydən öncə Vətən” deyib cəbhəyə yollanıb işğal altında olan şəhər və kəndlərimizin azad olunmasında fəal iştirak ediblər. Onlardan bir çoxu döyüşlərdə qəhrəmancasına şəhid olub, digərləri ağır yaralanıblar. Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, dövlət və hüquq-mühafizə orqanları, ictimaiyyət Vətən müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutur, şəhid ailələrinin qayğıları ilə yaxından maraqlanır, onları düşündürən məsələlərin vaxtında və operativ həll olunmasına səy göstərirlər. Rayonda şəhid ailələrinin adlarının əbədiləşdirilməsi istiqamətində də işlər aparılır. Küçələrə şəhidlərin adları verilir, xatirə guşələri yaradılır, şəhid bulaqları açılır. Avqustun 25-də şəhid Qurbanov Emil Vaqif oğlunun adına Girdəni kəndi ərazisində  tikilmiş bulağın açılışı olub. Açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailə üzvləri və qazilər iştirak ediblər. Mərasimdə çıxış edən İcra başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının Ali Baş Komandan, cənab İlham Əliyevin müdrik sərkərdəliyi qazandığı tarixi qələbənin təntənəsidir. Düşmənin məhvi ilə başa çatmış bu tarixi Qələbə xalqımıza böyük sevinc bəxş edib. Bu Qələbə sayəsində torpaqlarımız uzunmüddətli düşmən işğalından azad olunub. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlib. Bütün bunlara əlbəttə, rəşadətli Milli Ordumuzun gücü ilə, şəhid və qazilərimizin qanı ilə nail olmuşuq. Onlar əsil qəhrəmanlardır. Şəhid Emil Qurbanov da bu qəhrəmanlardan biridir. O ehtiyatda olan zabit olub. Ailəli olmasına baxmayaraq çağırış məntəqəsinə gəlib döyüş bölgəsinə göndərilməsini xahiş edib.Döyüşlər zamanı Emil Qurbanov düşmən ordusunun məhv edilməsində qəhrəmancasına vuruşub. Əsil vətənpərvər kimi əsgər yoldaşları ilə döyüşə atılan Emil düşmənə ağır zərbələr vuraraq  torpaqlarımızın azad olunmasında böyük şücaət göstərib. Lakin Emil Qurbanov son döyüşündə qəhrəmancasına həlak olub. Emilin əsgəri rəşadətini gənclərə nümunə götərən İcra başçısı şəhidlərin xatirəsinin daim əziz tutulacağını, adlarının şərəflə çəkiləcəyini xüsusi vurğulayıb. Lənkəran ŞTŞ-nın müdiri Ü.Əliyeva, şəhidin həyat yoldaşı və Şəhid Vüsal Kazımovun atası LDU-nun prorektoru Kamran Kazımov çıxış edib şəhlərin adlarının əbədiləşdirilməsinə və şəhid ailələrinə göstərilən yüksək diqqətə görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər