Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilir

18 avqust 2021 | 16:00

İşğal olunmuş torpaqların azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində lənkəranlı gənclər də mərdliklə vuruşaraq misilsiz rəşadət və qəhrəmanlıq nümayiş etdiriblər. Ölkə prezidenti cənab İlham Əliyevin əmri ilə Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşına qalxan bu gənclər Milli Ordumuza qoşulub dəmir yumruqları ilə azğın düşmənin başını əzib onun ordusunu darmadağın etdilər. Lənkəranlılar fəxr edirlər ki, 30 illik fasilədən sonra torpaqlarımızın erməni işğalından azad olunmasında onların övladları, qardaşları, ataları, doğmaları da iştirak edib yaralanıblar, qəhrəmancasına şəhid olublar. Bu gün Lənkəranda şəhidlərə, qazilərə böyük hörmət və ehtiram var. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlər heç vaxt unudulmur, həm dövlət, həm də xalq tərəfindən xatirələri əziz tutulur, adları əbədiləşdirilir.Onlardan üçü- Hüseynov Vüsal Yəhya oğlu, Quliyev Samir Məhərrəm oğlu və Məmmədli Eməddin Anar oğlu rayonun Velədi kəndindəndir. Könüllü olaraq cəbhəyə getmiş bu gənclər döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Onların qəhrəmanlığı ilə qürur duyan kənd sakinləri xatirələrini əbədiləşdirmək üçün bir sıra təşəbbüslər irəli sürüblər. Məhz onların təşəbbüsü ilə kəndin başdanbaşa asfaltlanmış küçələrinə şəhidlərin adları verilmiş, “Şəhidlər bulağı” tikilmişdir. Avqustun 17-də Velədi kəndində, Bakı-Astara magistral yolunun kənarında “Şəhidlər bulağı”nın açılışına həsr olunmuş tədbir  keçirilib. Karantin qaydalarına uyğun keçirilən tədbirdə Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev, İcra aparatının rəsmiləri, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəhid ailə üzvləri şəhid adına göstərilən yüksək ehtirama və dövlət tərəfindən əhatə olunduqları diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər