Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhərində küçələr asfaltlanır

30 iyul 2021 | 16:00

Ölkəmizdə böyük uğurla həyata keçirilən islahatlar kursu sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf üçün yeni-yeni  imkanlar yaradır. Cənab Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yaradılan bu imkanlar hesabına ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunda da sosial-iqtisadi inkişaf davamlı şəkil alıb. Pandemiya şəraitinə baxmayaraq cari ilin birinci yarısında rayonda bütün sahələrdə iş ahəngdarlığı durmadan yüksəlib, yeni layihələrin icrası geniş vüsət alıb. Bu dövrdə şəhər İcra hakimiyyətinin tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində, qəsəbə və kəndlərdə tikinti, abadlıq-quruculuq işləri həyata keçirilərək səliqə-sahman yaradılıb, yollar boyunca divarlar, barılar suvaqlanaraq yenidən rənglənib, ağac və gül kolları əkilərək yeni yaşıllıqlar yaradılıb, şəhərin çoxmənzilli yaşayış binalarının dam örtüklərində və fasadlarda təmir işləri aparılıb. Hazırda şəhərdə küçələrin asfaltlanması işləri görülür, səkilərdə cari təmir işləri aparılır. Artıq şəhərin M.Ə.Sabir küç., C.Cabbarlı küç., A.Məmmədli küç., M.F.Axundzadə küç., Dədə Qorqud küç., S.Vurğun küç., İ.Qayıbov küç., Hacı Nəsir küç., Nizami küç. ilə Akademik Z.Əliyeva küç.ni birləşdirən dalan yolu, Akademik Z.Əliyeva küç. 78/6 saylı binanın qarşısındakı yol, Şeyx Zahid küç. döngə 1,  eyni zamanda Liman şəhərinin R.Rza küçələrində asfaltlanma işlərinə başlanılıb. Adları çəkilən küçələrdə ümumilikdə 22000 kv/metr yol sahəsinə isti asfalt döşənilməsi nəzərdə tutulub. Yol-Tikinti ASC tərəfindən həyata keçirilən asfaltlanma işləri yüksək keyfiyyətlə aparılır. Asfaltlanma və digər abadlıq işlərini sakinlər sevinc hissi və minnətdarlıqla qarşılayırlar.

Keçidlər