HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ AÇIQ TARİX DƏRSİ KEÇİRİLMİŞDİR
9 Yanvar 2013–cü il tarixində Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda Lənkəran şəhər 7 saylı tam orta məktəbinin bir qrup şagirdinin iştirakı ilə açıq tarix dərsi keçirildi. Açıq dərsi Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq Ulu Öndərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi məsələsinə çox böyük önəm verdiyini vurğulamış, milli mənlik şüurunun oyanmasında, müstəqil Azərbaycanda ordu quruculuğu siyasətində onun misilsiz xidmətlərindən danışdı.Sonra açıq tarix dərsini Mərkəzin elmi işçisi Qadir Kazımov davam etdirdi. O, Ümummilli Liderin ordu quruculuğu sahəsindəki problemlərin daim diqqət mərkəzində saxladığını, Silahlı Qüvvələrin daha da möhkəmləndirilməsi, xüsusilə hərbi təhsil sisteminin modernləşdirilməsi üçün tədbirlər gördüyünü, 1999-cu ildə ölkədə Silahlı Qüvvələrin Hərbi Akademiyasının,2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması və s.barədə şagirdlərə ətraflı məlumatlar verdi.
Sonda məktəblilər Mərkəzlə tanış oldular və onlara videoçarx nümayiş etdirildi.