Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Milli Qurtuluş günü Lənkəranda təntənə ilə qeyd olunub

15 iyun 2021 | 16:00

15 İyun- Milli Qurtuluş günü çağdaş tariximizin ən parlaq və şərəfli səhifəsidir.  Ümummilli Lider, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərinin zirvəsi olan bu gün xalqımız tərəfindən həmişə  ehtiramla qeyd olunur. Məhz 1993-cü ilin 15 iyununda Ulu Öndərimizin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq müqəddəs xilaskarlıq missiyasına başlaması milli varlığımızı və dövlətçiliyimizi məhv olmaqdan xilas edib. Məhz bu şanlı tarixi günün işığında düşmənlərimizin və xain qonşularımızın bizim məhvimiz üçün qurduqları təxribatlardan, fəlakətli bəlalardan qurtulduğumuza görə xalqımız bu günü fəxarətlə Milli Qurtuluş günü kimi qeyd edir. Ölkəmizin hər bir güşəsində olduğu kimi Milli Qurtuluş günü Lənkəranda da böyük təntənə ilə bayram edilir. Bu il də lənkəranlılar pandemiya şəraitinə baxmayaraq bu əziz bayramı alnı-açıq, üzü-ağ qarşılayırlar. Təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, Heydər Əliyev Mərkəzində, əmək kollektivlərində, ictimai birliklərdə karantin qaydalarına uyğun tədbirlər, konfranslar, müzakirələr keçirilir, bu şərəfli günün parlaq qələbələrlə zəngin çağdaş tariximizdəki rolu bir daha dərindən öyrənilir, gənc nəslə izah olunur. Hər il olduğu kimi bu il də iyunun 15-də Ulu Öndərin adını daşıyan Xatirə parkında Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib. Tədbir zamanı Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİİB-in üzvləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib önünə tər çiçəklər düzüblər. Rayonda Milli Qurtuluş günü münasibətilə tədbirlər davam etdirilir.

Keçidlər